PDF Oxu

Siyasət

  • 5

Təhmasib Novruzov: "Müxalifət yenə sərsəm iddialar irəli sürür"

Təhmasib Novruzov: "Müxalifət yenə sərsəm iddialar irəli sürür"

Azərbaycanın ipinin kiminsə əlində olması kimi sərsəm iddiaların sadəcə cəfəngiyyatdır"

"Şəxsən mən, bu kimi iddiaları ümumiyyətlə, rədd edirəm. Çünki Azərbaycan öz çoxəsrlik tarixində heç vaxt indiki qədər müstəqil olmayıb, Azərbaycan tarixində heç vaxt indiki qədər beynəlxalq aləmdə nüfuz sahibi olmayıb. Heç vaxt Azərbaycanın yeraltı, yersütü sərvətləri öz xalqına bu qədər çox məxsus olmayıb". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov müxalifət mediasının Azərbaycan hakimiyyətinin xarici dövlətlərdən asılı olması iddialarına münasibətini bildirərkən deyib.AHB sədrinin fikrincə, belə fikirləri irəli sürənlər sadəcə, boş qaldıqlarından, nə edəcəklərini bilmədiklərindən bu kimi iddialarla çıxış edirlər: "Belə bir vəziyyətdə Azərbaycanın ipinin kiminsə əlində olması, nəyinin harada olması kimi sərsəm iddiaların sadəcə cəfəngiyyat olduğunu demək istərdim. Düşünürəm ki, mənim kimi vətənini, dövlətini sevən minlərlə vətəndaşımız bu kimi ucuz, sərsəm fikirləri birmənalı şəkildə rədd edir. Belə fikirləri irəli sürənlərin özləri məhz DTK agentləri, xarici qüvvələrə satılmışlardırlar".

sia.az

Digər xəbərlər