PDF Oxu

Siyasət

  • 10

Əli Həsənov: “Həştərxanla əlaqələrimiz RF-nin başqa subyektləri üçün nümunə ola bilər”

Əli Həsənov: “Həştərxanla əlaqələrimiz RF-nin başqa subyektləri üçün nümunə ola bilər”

"Azərbaycanın xarici siyasətində Rusiya xüsusi yerə malikdir və bu regionlar arasında Həştərxanının da öz yeri var". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Həştərxanda jurnalistlərə açıqlama verərkən deyib.Azərbaycanla Həştərxanı tarixi, mədəni, sosial və iqtisadi əlaqələrin birləşdirdiyini deyən Ə. Həsənovun sözlərinə görə, Həştərxanla əlaqələrimiz müəyyən mənada RF-nin başqa subyektləri üçün nümunə ola bilər: "Bu gün bura səfərimiz və keçirilən tədbirlər bunun bariz nümunəsidir".Açıqlaması zamanı Ə. Həsənov hazırda Bakı-Həştərxan birbaşa aviareysi və ya Bakı-Həştərxan-Volqoqrad aviareyslərinin açılması haqqında da məlumat verib. O bildirib ki, sözügedən məsələ ilə bağlı müzakirələr aparılır.

sia.az

Digər xəbərlər