"Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yüksək səviyyədədir". SİA-nın məlumatına görə, bu sözləri Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin jurnalistlərə açıqlama verərkən deyib.Rusiyanın Azərbaycanla münasibətlərində heç bir problem görmədiyini dilə gətirən qubernatorun sözlərinə görə, bu gün Həştərxanın Azərbaycanda istehsal edilən tikinti məhsullarına, tikinti daşlarına ciddi ehtiyacı var: "Güman edirəm ki, bu əlaqələrdə açılması gözlənilən Bakı-Həştərxan bərə xəttinin rolu böyük olacaq".A. Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana diqqətindən də danışıb: "Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana diqqəti böyükdür. Eyni zamanda Heydər Əliyev Fondunun da burada gördüyü xeyli işlər var. Bütün bunlara görə dərin minnətdarlığımızı bildiririk".
sia.az