PDF Oxu

Siyasət

  • 16

Elşad Mirbəşiroğlu: “Atəşkəs rejiminin pozulmasını şərtləndirən digər məqam Rusiya faktorudur"

Elşad Mirbəşiroğlu: “Atəşkəs rejiminin pozulmasını şərtləndirən digər məqam Rusiya faktorudur"

"Əgər nəzər yetirsək ki, hansı məqamlarda atəşkəs rejimi tez-tez pozulur, məhz onda bunun səbəbləri haqqında müəyyən fikirlər söyləmək olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın təxribatçı addımlarına qarşı ciddi addım atmamalarına münasibətini açıqlayarlən deyib.Politoloqun fikrincə, ümumiyyətlə, münaqişənin həll olunması ehtimalları göründüyü zaman ermənilər dərhal bunun qarşısını almaq üçün təxribatçı addımlar atmağa başlayırlar: "Buna misal olaraq demək olar ki, tərəflər arasında təmaslar sıxlaşan zaman və yaxud, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərən zaman ermənilər atəşkəs rejiminin tez-tez pozurlar. O cümlədən, prezidentlərin sonuncu görüşləri ərəfəsində də Ermənistan tərəfi atəşkəs razılaşmasına əməl etməyib. Bununla Ermənistan bütün vasitələrlə status-kvo vəziyyətini saxlamağa çalışır".İşğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görüşlərin keçirilməsi zamanı həm dünya ictimaiyyətinin, həm də, beynəlxalq vasitəçilərin diqqətini münaqişənin həllindən yayıldırmağa çalışdığını da deyən Mirbəşiroğlu bildirib ki, məhz bu səbəbdən, atəşkəs rejimi pozulmaqda davam edir: "Belə olan halda da diqqət Dağlıq Qarabağ münaqişənin tənzimlənməsindən kənara istiqamətlənir. Bu da Ermənistanın işğalçılıq siyasətinin davamı kimi hesab edilir. Yəni Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması işğalçılıq siyasətinin bir hissəsidir ki, onlar bunu zaman-zaman tətbiq edirlər".Elşad Mirbəşiroğlu onu da bildirib ki, bu gün dünyada ikili standartlar müşahidə olunur. Yəni Ermənistanın işğalçılıq siyasəti dolayısı yollarla dəstəklənir: "Ümumilikdə Ermənistan atəşkəs rejimindən zaman-zaman müəyyən məqsədlərinə çatmaq üçün istifadə edir. Amma təəssüflər olsun ki, beynəlxalq güclər Ermənistanın bu hərəkətlərinə heç bir ciddi cavab vermir".Politoloq sonda onu da bildirib ki, atəşkəs rejiminin pozulmasını şərtləndirən digər məqam Rusiya faktorudur. Yəni, Rusiya regionda gərginliyi saxlamaq üçün Ermənistandan bir alət kimi istifadə edir: "Rusiya açıq şəkildə Ermənistana əmr verir ki, cəbhə xəttində atəşkəsi pozmaq lazımdır. Bununla belə, onu da demək olar ki, Ermənistan öz təxribatlarının qurbanı ola bilər. Cünki, Azərbaycan təxribatların qarşısını almaq üçün hərəkətə kecə bilər ki, bu da işğalcı ölkənin sonu demək olar".

sia.az

Digər xəbərlər