PDF Oxu

Siyasət

  • 8

Hüquq müdafiəçisi onun adından danışanları ifşa etdi

Hüquq müdafiəçisi onun adından danışanları ifşa etdi

Elçin Behbudov: "Müsavat.com-un yazdıqlarını, ona olunan istinadların hamısını qəti olaraq təkzib edirəm"

"Mənim adımdan yazılanların hamısı yalan və iftiradır. Mən ümumiyyətlə, elə bir söz deməmişəm". Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov AXCP üzvü Kəmalə Bənənyarlının işgəncələrə məruz qalması ilə bağlı musavat.com saytının yazdıqlarına münasibət bildirərkən deyib.Hüquq müdafiəçisi bununla bağlı qeyd edib ki, məsələ ilə bağlı hər hansı bir media orqanına nə müsahibə, nə də açıqlama verib: "Ümumiyyətlə, mən nə müsavat.com-a, nə də digər qəzetlərə bu səpgili müsahibə, ya da açıqlama verməmişəm. Tələb edirəm ki, mənim adımdan yalandan məlumatlar yayaraq bundan sui-istifadə etməsinlər. Bu baxımdan, müsavat.com-un yazdıqlarını, ona olunan istinadların hamısını qəti olaraq təkzib edirəm".Qeyd edək ki, Kəmalə Bənənyarlı NIDA-çı gənclərə oxunan hökmə etiraz olaraq Ağır Cinayətlərə Dair Məhkəmənin qarşısında keçirilən aksiyada həbs olunub. Daha sonra Nəsimi Rayon Polis İdarəsinə aparılaraq guya orada işgəncələrə məruz qaldığı iddia olunan Bənənyarlıya 30 sutka həbs cəzası verilib.Lakin Kəmalə Bənənyarlının Nəsimi Rayon Polis İdarəsində işgəncələrə məruz qaldığı barədə xəbərləri DİN də təkzib edib. Nazirlikdən bildirilib ki, AXCP üzvünə heç bir işgəncə verilməyib. Məhz bundan sonra, musavat.com saytı və ona istinad edən azadlıq.info Elçin Behbudovun adından ictimai rəyə dezinformasiya sızdırmağa cəhd ediblər. Guya Elçin Behbudov musavat.com-a açıqlamasında bildirib ki, Kəmalə Bənənyarlı ona üzləşdiyi işgəncələrdən danışıb.Onu da qeyd edək ki, Elçin Behbudov adıçəkilən media orqanından təkzib verilməsini tələb edib.

sia.az

Digər xəbərlər