PDF Oxu

Siyasət

  • 9

Səbaildə möhtəşəm gül bayramı keçirildi

Səbaildə möhtəşəm gül bayramı keçirildi

Rayon sakinləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illiyini böyük coşqu ilə qeyd etdilər

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və fəxrlə bayram edilir. Əlamətdar gün münasibəti ilə Səbail rayonunda da silsilə tədbirlər keçirilir.

Mayın 9-da Səbail rayonunda da əsil bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları günəşli may səhərində hər bir səbaillini "Sahil" bağında keçirilən ümumrayon "Gül bayramı"na səsləyirdi. Bayramla əlaqədar "Sahil bağı"nda lazımi abadlıq işləri aparılmış, park başdan-başa bəzədilmiş, bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı Qeyd edək ki, "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır. "Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş 2 dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin və mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız Qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən "Alov qüllələri" kompleksinin, "Səbail" gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının embleminin, rayonun orta məktəblərinin birgə hazırladıqları Dənizkənarı Milli Parkda quraşdırılmış yeni attraksionun güldən hazırlanmış maketləri və Günəbaxan kompozisiyası, rayon bağçalarının hazırladıqları Kəpənək kompozisiyası, parkdakı skamyaların üzərində güllə işlənmiş müxtəlif ornamentlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Rayondakı Dövlət İqtisad, pedaqoji və "Qərb" universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, xüsusilə də Ulu Öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqlardan hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır.

Eyni zamanda, incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakilə gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər