"Fransa prezidentinin Azərbaycana səfəri həm ikitərəfli, həm regional, həm də beynəlxalq münasibətlər baxımından ciddi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili, professor Musa Qasımlı deyib.O, Fransa prezidenti Fransua Ollandın Azərbaycan səfərini belə şərh edib: "Ollandın Azərbaycana ilk səfəri idi. Özünün dediyi kimi, o, bu səfərdə Azərbaycanı kəşf etdi. Fransa prezidentinin Azərbaycanın inkişafını vurğulaması, Azərbaycanda heyrətə düşdüyünü söyləməsi müstəqil dövlətçiliyimiz baxımından müstəsna əhəmiyyətə malikdir. Cənab Prezidentimiz İlham Əliyevin Fransa prezidenti ilə görüşdə çox mühüm mesajlar verməsi diplomatiya tariximizin qürurverici səhifələrindən biridir. Hesab edirəm ki, bu səfərdən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq, Azərbaycan - Fransa münasibətləri yeni keyfiyyət mərhələsinə çıxacaq. Şübhəsiz ki, Azərbaycan - Fransa münasibətlərinin yeni keyfiyyət mərhələsi cənab Prezidentimizin adı ilə bağlıdır".
sia.az