PDF Oxu

Siyasət

  • 15

Araz Əlizadə: “Olland cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir”

Araz Əlizadə: “Olland cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir”

"Fransa prezidenti Fransua Ollandın kimləri öz görüşünə dəvət etməsi məni maraqlandırmır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Fransa prezidenti Fransua Ollandın digər müxalifət partiyalarından fərqli olaraq, AXCP və Müsavat partiyalarının sədrləri ilə görüşünə münasibətini bildirərkən deyib."Belə çıxır ki, Fransa prezidenti cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir. Hansı ki, onun özünün bu amilə heç bir aidiyyatı yoxdur", -deyə qeyd edən ASDP sədrinin fikrincə, Olland siyasi cəhətdən sosialist olsa da, öz fəaliyyətində solçuluq təmayülünü sərgiləmir: "Olland sosialist partiyasından seçilən prezident olsa da zəhmətkeşləri və orta təbəqəni müdafiə etmir".Araz Əlizadə qeyd edib ki, Ollandın AXCP və Müsavat rəhbərləri ilə görüşüb nə danışması onun üçün maraqsızdır: "Ümumiyyətlə, kiminlə görüşmək, nədən danışmaq Fransa prezidentinin şəxsi işidir".

sia.az

Digər xəbərlər