PDF Oxu

Siyasət

  • 7

“Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar"

“Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar"

Bu gün Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Küveyt Elmi-Tədqiqatlar İnstitutunun (KISR) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, qazın, geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda 5-ci ixtisasartırma kursu keçirilir. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində həmçinin Kolumbiyanın Xarici İşlər Nazirliyi, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia), Böyük Britaniyanın Salford Universiteti və Avstraliyanın Küveyt Kolleci (ACK) ko-sponsor kimi iştirak edir.Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) rəisi Əşrəf Şıxəliyev bildirib ki, artıq 5-ci dəfə Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən ixtisasartırma kursu ənənəvi tədbirə çevrilib. Diqqətə çatdırılıb ki, bu ilki tədbirdə Azərbaycan, Malayziya, Vyetnam, Küveyt, Çin, Hindistan, Meksika, Kolumbiya, Yəmən və Sudan kimi böyük neft istehsalına malik 10 ölkədən 20 mütəxəssis iştirak edir.Təlimlərdə Azərbaycanın neft üzrə aparıcı alimləri ilə yanaşı tanınmış beynəlxalq ekspertlər mühazirələrlə çıxışlar edəcəklər.Vurğulanıb ki, bu tədbir artıq ixtisasartırma kursları formatından böyüyərək, neft-qaz sənayesi sahəsində beynəlxalq elmi əməkdaşlıq və təcrübə mübadiləsi platformasına çevrilməkdədir. Beləliklə, sözügedən əməkdaşlıq vasitəsi ilə ölkəmizin beynəlxalq aləmdə daha geniş tanıdılması və Azərbaycanın neft üzrə elminin dünyada vaxtı ilə tutduğu aparıcı mövqeyə yenidən yüksədilməsi istiqamətində məqsədyönlü işlər aparılır".Kolumbiyanın Azərbaycandakı səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gate bildirib ki, o, bu seminara çox böyük əhəmiyyət verir: "Biz bura Azərbaycan dövləti ilə əməkdaşlıq üçün dəvət olunmuşuq. Bizim buradan gözləntilərimiz çoxdur. Azərbaycanla turizm, iqtisadi və digər sahələrdə əlaqələrimiz mövcuddur".Tədbir çərçivəsində həmçinin, "Neftin, qazın, geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutu ilə iştirak edən xarici təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə elmi tədqiqatların aparılması üzrə bir sıra anlaşma memorandumların imzalanması gözlənilir.Qeyd edək ki, kurs 13-21 may tarixinə kimi davam edəcək.

sia.az

Digər xəbərlər