PDF Oxu

Siyasət

  • 11

Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin ilk görüşü Bakıda keçiriləcək

Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin ilk görüşü Bakıda keçiriləcək

Mayın sonlarında ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. /Trend/

Məlumata görə, görüşün Bakıda keçirilməsi nəzərdə tutulur.

Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.

Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.

yap.org.az

Digər xəbərlər