PDF Oxu

Siyasət

  • 6

Kanadanın Ontario əyalətinin London şəhərində 28 May – Respublika Günü qeyd olunmuşdur

Kanadanın Ontario əyalətinin London şəhərində 28 May – Respublika Günü qeyd olunmuşdur

Kanadanın Ontario əyalətinin London şəhərində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə Londonda fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası tərəfindən təşkil olunmuşdur.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Kanadanın elm və texnologiya üzrə dövlət naziri Ed Holder, London Şəhər Şurasının təmsilçisi, Kanada parlamenti və Ontario əyaləti parlamentinin üzvləri tədbirə iştirak etmişlər.

Azəri-Türk Kanada Assosiasiyasının sədri Kəmalə Şiriyeva tədbirdə çıxış edərək təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

Assosiasiyanın gənclər bölməsinin sədri Səbinə Əzizli isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə təqdimatla çıxış etmişdir.

Kanadanın dövlət naziri Ed Holder və deputatlar Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişlər. London şəhərinin meri Co Fontananın Londonun Azərbaycan icmasına təbrik məktubu oxunmuşdur.

Səfirliyin əməkdaşı çıxış edərək mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirlər barədə danışmış, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən, müstəqilliyin bərpasından ötən dövr ərzində ölkəmizin keçdiyi inkişaf yolundan, son on ildə əldə olunmuş nailiyyətlərdən, Avropanın enerji təhlükəsizliyinə töhfəsindən, terrorizmə qarşı mübarizədəki səmərəli iştirakından, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən söhbət açmış, tədbir iştirakçılarını Kanada-Azərbaycan əlaqələrinin hazırkı durumu və perspektivləri barədə məlumatlandırmışdır.

Mədəni proqramla davam edən tədbirdə Azərbaycan musiqiləri və rəqsləri ifa olunmuşdur.

AzərTAc

Digər xəbərlər