Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan mini - futbol növü üzrə yarışı keçirilib. SİA-nın məlumatına görə, keçirilən yarışın nəticəsinə görə I yeri Nizami rayonu 277 nömrəli idman təmayüllü tam orta məktəbin komandası, II yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu Bakı Modern Məktəbinin komandası tutub.Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Salman Əbdülov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, XXVI spartakiadanın baş katibi Valentina Sultanova qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
sia.az