PDF Oxu

Siyasət

  • 4

Yeni Heydər Əliyev Güşəsinin açılışı olub

Yeni Heydər Əliyev Güşəsinin açılışı olub

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının "Hakanfoods" ərazi ilk partiya təşkilatında yaradılmış yeni Heydər Əliyev Güşəsinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə məlumat verilib ki, Azərbaycanın bugünkü tərəqqisi Ulu Öndərin banisi olduğu milli dövlətçilik strategiyasının əsas istiqamətləridir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan qısa zaman kəsiyində inkişaf edib, Ümummilli Liderin bütün fəaliyyəti xalqın mənafeyi ilə bağlı olub.Tədbirdə eyni zamanda vurğulanıb ki, Ulu Öndər iqtisadi, sosial, mədəni və digər sahələrdə elə bir özül qoyub ki, bu gün Azərbaycan çiçəklənən, qüvvətlənən, qüdrətlənən bir ölkəyə çevrilib. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsi, Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi sahəsində böyük xidmətləri olub. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Yaradılmış Güşədə də söylənilən fikirlər əyani formada diqqətə çatdırılıb. "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, daimidir" başlığı ilə hazırlanmış Güşədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər, həmçinin, Ümummilli Liderimizin həyat və fəaliyyətinə dair kitablar nümayiş etdirilib.

sia.az

Digər xəbərlər