PDF Oxu

Siyasət

  • 14

Asim Mollazadə: “Fransadan beynəlxalq hüquq normalarına hörmət gözləyirik”

Asim Mollazadə: “Fransadan beynəlxalq hüquq normalarına hörmət gözləyirik”

"Fransa prezidentinin Azərbaycana səfəri Azərbaycan - Fransa münasibətlərinin bir neçə istiqamətdə inkişafına xidmət edəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, ilk növbədə iki dövlət arasında iqtisadi əməkdaşlığın artmasının, Fransanın iş adamlarının Azərbaycanla bir neçə sahələrdə əməkdaşlıqlarının daha da güclənməsinin gözlənildiyini qeyd edib: "Bu səfər Azərbaycanla Fransa arasında mədəniyyət, təhsil və bir sıra digər humanitar sahələrdə əməkdaşlığın artmasına da təkan verəcək. Bunlar qarşılıqlı maraq doğruan sahələrdir".Millət vəkili qeyd edib ki, Azərbaycan Minsk qrupunun həmsədlərindən biri olan Fransanın münaqişənin həllində düzgün mövqe seçməsini istəyir: "Münaqişənin həllinə yanlış yanaşma var. Beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirilir. BMT-nin qətnamələrinin icrası ilə bağlı hər hansı bir addım atılmır. Lakin hər dəfə həmsədr ölkələr hansısa kompramislərdən danışırlar. Hansı kompramisləri və kimdən gözləyirlər? Ermənistan təcəvüzkar siyasətində heç bir dəyişiklik etmir. Təcvüzkara qarşı hər hansı sanksiyalar tətbiq olunmur və ya BMT-nin prosedur qaydalarından istifadə edib hansısa bir addımla bağlı qərarlar qəbul edilmir. Bu da bizdə Minsk qrupunun fəaliyyətinə inamı azaldır. Biz Fransadan qəti addımlar, beynəlxalq hüquq normalarına hörmət gözləyirik".

sia.az

Digər xəbərlər