PDF Oxu

Siyasət

  • 12

Aydın Mirzəzadə: “Fransa Azərbaycanın daxili işlərinə qarışmaq fikrində deyil”

Aydın Mirzəzadə: “Fransa Azərbaycanın daxili işlərinə qarışmaq fikrində deyil”

"Fransa Respublikasının prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri bu regionun Fransa kimi möhtəşəm bir dövlətin diqqət mərkəzində olduğunu göstərir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Parlament üzvünün sözlərinə görə, Fransa prezidentinin üç ölkəyə səfər etməsinə baxmayaraq, onun ən çox vaxt ayırdığı və məsələlərin müzakirə edildiyi ölkə Azərbaycan oldu: "Bu gün ölkəmiz regionun lider dövlətidir. Azərbaycanın iqtisadiyyatı regionun 82 faizini təşkil edir. Bununla belə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həll olunmasında üzərinə düşən məsuliyyət var. Təbii ki, onun səfəri iki dövlət arasındakı münasibətlərin daha da artdığını göstərir. Bu əlaqələr bütün istiqamətlərdə (dipomatik, iqtisadi, hərbi, mədəniyyət sahəsində və s.) böyük inkişafın olduğunu göstərir.Azərbaycan Prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın sonradan mətbuat qarşısındakı verdikləri bəyanatlarda tərəflər bir-birlərini bir dost ölkə kimi gördüklərini nümayiş etdirdilər. Azərbaycanda Bakı Fransız liseyinin tikintisi ilə hər iki prezidentin tanış olması və Azərbaycan Prezidentinin ölkə gənclərinin fransız dilində mükəmməl danışacağına dair bəyanatı, tərəflərin bir-birinə xoş münasibətindən xəbər verir. Beləcə, bu görüşlərdə hərtərəfli (xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı) fikir mübadiləsi aparıldı. Hətta orada belə bir istək ortaya çıxdı ki, nəyə görə Fransa tərəflərin öz ərazisində görüşünü təşkil etməsin və Ermənistanı bu məsələdə daha böyük məsuliyyətə cəlb edilməsi üçün çıxışlar olmasın? Azərbaycan üçün burada hər bir istiqamət maraqlıdır.Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri eyni zamanda dost ölkənin liderinin ölkəmizin reallığı ilə tanış olmasına imkan yaratdı. Hesab edirəm ki, onun şəhər gəzintisi və ölkəmiz haqqında məlumatlılığı Fransa üçün çox önəmlidir".A.Mirzəzadə Fransa prezidentinin ölkə müxalifəti ilə keçirdiyi görüşə də münasibət bildirərək deyib ki, müxalifət nümayəndələrinin bəyanatının əksinə olaraq, Fransa Azərbaycanın daxili işlərinə qarışmaq fikrində deyil: "Bu ölkə Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır və buna öz dəstəyini verməyə çalışır. Adından da göründüyü kimi bu müxalifətdir. O, heç bir zaman iqtidarla həmrəy ola və onun fəaliyyətini bəyənə bilməz. Əgər bu gün Azərbaycanda müxalifət mətbuatı tam azad şəkildə fəaliyyət göstərirsə və onların nümayəndələri xarici qonaqlarla görüş keçirə bilirlərsə, bunun özü Azərbaycanda demokratiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Hətta müxalifət dairələrinin cəhdlərinə baxmayaraq, Fransa prezidentinin Azərbaycanın daxili işlərinə qarışacaq fikirləri olmadı. Təbii ki, bu, müxalifəti məyus etməyə bilməzdi. Ümumilikdə götürdükdə səfərin bundan sonrakı nəticələrinin müsbət olacağına inanıram".

sia.az

Digər xəbərlər