"Fransa kimi Avropanın aparıcı dövlətinin prezidentlərindən birinin Azərbaycana səfəri əlamətdar bir hadisə idi. Əgər nəzərə alsaq ki, Fransa eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri olan üç ölkədən biridir, bu zaman Fransua Ollandın Azərbaycana səfərinin əhəmiyyəti bir qədər də artmış olur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Fransa Respublikasının prezidenti Fransua Olland Azərbaycana rəsmi səfərinin yekunu və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynayacağı rola münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Fransa prezidenti ölkəmizdə söz azadlığı, demokratiyanın və eləcə də Azərbaycanın iqtisadi inkişafı ilə bağlı olduqca yüksək fikirlər səsləndirdi: "Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədr ölkənin birinci şəxsinin dilindən konkret ifadələr eşidə bilmədik. Ancaq bunun fonunda biz Azərbaycan Prezidenti İlham Əliyevin bir daha qətiyyətli fikrini eşitdik".Ölkə başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır. Dövlət başçısı həmçinin bildirdi ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik.Hesab edirəm ki, cəsarətli və eyni zamanda, beynəlxalq hüquqla əsaslandırılmış bu mövqe Azərbaycan Prezidentinin həmsədr ölkənin prezidentinə bir mesajı və qəti mövqeyi idi. Bu mənada, hesab edirik ki, Dağlıq Qarabağ probleminin indiki şəraitdə həll olunması üçün vacib addımlar atılmalıdır".
sia.az