Bu gün YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP Yasamal rayon təşkilatının İdarə Heyətinin üvü Rasim Nəbiyev və təşkilatda birləşən qadın ictimai-siyasi fəallar iştirak ediblər.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov giriş nitqi söyləyib və Qadınlar Şurasının bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.Sonra YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova Qadınlar Şurasının hesabat dövrü ərzində gördüyü işlər haqda hesabat məruzəsini təqdim edib. Onun sözlərinə görə, təşkilatda birləşən 12769 nəfər qadın ictimai-siyasi fəallıq göstərirlər: "Eyni zamanda, şuranın bir çox ilk təşkilat üzrə strukturları fəaliyyət göstərir. Amma bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, Qadınlar Şurası əlamətdar günlərlə bağlı tədbirlər keçirir, eləcə də qayğıya ehtiyacı olan uşaqlara, əlil qadınlara da maddi və mənəvi dəstək göstərir. Biz iş planına uyğun olaraq fəaliyyətimizi yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Hər il iş planımız təsdiq olunur və buna uyğun hərəkət edirik".Tamilla Şahbazova qeyd edib ki, ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolu çox yüksəkdir: "Dövlət tərəfindən qadınlarımıza xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir".Çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva vurğulayıb ki, bu gün YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlığının təntənəsinə çevrilib: "Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkələr tərəfindən dəstəklənir. Onun nüfuzu və işgüzarlığı sayəsində Azərbaycan YUNESKO tədbirlərinin mərkəzinə çevrilib və Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət edir".Daha sonra çıxış edən konfrans iştirakçıları təşkilatın Qadınlar Şurasının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.Sonda YAP Qadınlar Şurasının növbəti konfransına 24 nəfər nümayəndə seçilib.
sia.az