PDF Oxu

Siyasət

  • 12

Aydın Hüseynov: “Rusiyanın Azərbaycanla toqquşacağına inanmıram”

Aydın Hüseynov: “Rusiyanın Azərbaycanla toqquşacağına inanmıram”

"Artıq Avropa Azərbaycanı özünün mavi yanacaqla təminatında başlıca bir ölkə kimi görür. Bununla belə, ölkəmizin buna kifayət edəcək qədər resursları var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Avropanın qaz təminatı məsələsində Rusiyanın Azərbaycana yönəlik siyasətinə münasibət bildirərkən deyib.İqtisadçının sözlərinə görə, "Şahdəniz-2" layihəsi Avropanın mavi yanacaqla təmin olunmasında, eləcə də TAP mühüm layihələrdən biridir: "Azərbaycanın bu illər ərzində iqtisadi inkişafı, unikal bir dövlətə malik olması, demokratik və tolerant bir dövlət olaraq özünü sübut etməsi, etibarlı tərəfdaş imici qazanması və s. ona hesablanıb ki, Avropa artıq ölkəmizlə əməkdaşlığa tam hazırdır. Məlumdur ki, Avropanın yanacaq və qazla təminatında Rusiya da (Qazprom şirkəti) böyük rol oynayır. Avropa üçün əlverişli bir dövlət hesab olunur. Çünki ölkəmiz balanslaşdırılmış siyasət həyata keçirir. Bununla belə Azərbaycan qarşılıqlı mənfəət və iqtisadi səmərə əsasında öz işini qurur. Bu mənada Azərbaycanın Avropanın qaz təminatı ilə bağlı məsələsində Rusiyanın Azərbaycanla toqquşacağına inanmıram".

sia.az

Digər xəbərlər