"Human Rights Watch"u nekroloq yazan xüsusi sovet komitələri hesab etmək olar"
"Human Rights Watch" təşkilatının hesabatında qeyd olunan məqamlar ölkədə həmin təşkilata tendensiyalı informasiyalar verən şəxslərin bu və ya digər formada qanun qarşısında cavab verməsi ilə əlaqədardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.Z. Oruc bildirib ki, onlar artıq hiss edirlər ki, əvvəl işlədikləri şəbəkə ilə hər hansı bir formada gələcək fəaliyyətlərini davam etdirmələri xeyli çətindir: "Çünki hər hansı bir şəkildə həmin şəxslər həbsə məruz qalsalar, yeni Leyla Yunuslar yaratmalı olacaqlar. Bunun üçünsə "Human Rights Watch" xeyli vəsait xərcləməlidir. Çünki illərlə böyük vəsait və qrantlar verərək hüquq müdafiəçisi çətiri altında anti-Azərbaycan şəxslər yetişdiriblər. Bunlar təsir agentləridirlər və qladiator kimi işləyirlər. İndiyə qədər hansısa şəxsin üzərindən dövlət əleyhinə, hakimiyyət strukturlarına, məhkəmə orqanlarının ünvanına ittihamlar səslənəndə, bu müəyyən qrup insanlar tərəfindən qəbul oluna bilirdi. Ancaq, son hadisələr fonunda həqiqi Leyla Yunusu görmək mümkün oldu. Hesab edirəm ki, Leyla Yunusa veriləcək ən böyük cəza budur".Z. Oruc vurğulayıb ki, heç zaman vətəndaş quruculuğuna verilən töhfələr, qaçqın və məcburi köçkünlərin evlə təminatı, Qarabağ əlillərinə dövlət tərəfindən təqdim olunan mənzillər, şəhid ailələri ilə bağlı yürüdülən siyasət, Azərbaycanda infrastruktur quruculuğu, hətta insan hüquq və azadlıqlarına bağlı olan və siyasi azadlıqları da özündə ehtiva edən müsbət tendensiyalar "Human Rights Watch"un hesabatlarında yer almır: ""Human Rights Watch" soyuq müharibə dövrünün prinsipləri ilə işləyir və əslində onları nekroloq yazan xüsusi sovet komitələri hesab etmək olar. Onların pulları yalnız ölülərdən çıxır".
sia.az