PDF Oxu

Siyasət

  • 7

YAP Səbail rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib

YAP Səbail rayon təşkilatı qadınlar şurasının konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı qadınlar şurasının növbədənkənar iclası keçirilib. YAP Səbail rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov aprel ayının 20-dən respublikamızın şəhər və rayonlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, YAP Səbail rayonu tarixi hadisə ilə bağlı geniş tədbirlər planına uyğun olaraq yüksək səviyyədə rayon partiya təşkilatının üzvlərinin iştirakı ilə Ulu Öndərin anadan olmasının 91 illiyini qeyd etdi: "Həmişə olduğu kimi, bu tədbirlərin keçirilməsində qadınlarımız daha yüksək fəallıq nümayiş etdiriblər. Çünki Ulu Öndər qadınlarımıza həmişə yüksək dəyər vermiş, ağıllı, zəkalı, torpağına, millətinə sadiq olduğunu vurğulamışdır. "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, isməti ilə, fədakarlığı, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi ilə tanınmışdır"- Ulu Öndər Heydər Əliyevin bu dahiyanə sözləri Azərbaycan qadınına, Azərbaycan anasına, qızına verilən layiqli qiymətdir".

Sonra Z.Qaralov konfransın gündəliyini açıqlayaraq rayon təşkilatı qadınlar şurasının fəaliyyəti və rayonun ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdiklərini bildirib: "Hazırda 117 ərazi ilk təşkilatını birləşdirən rayon təşkilatının sıralarında 25 min nəfərdən çox partiya üzvü qeydiyyatda dayanır. Bunlardan 13 min 86 nəfəri qadın, 14 min 618 nəfəri isə gənclərdir".

Daha sonra çıxış edənlər hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Natiqlər onu da bildiriblər ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda Azərbaycanı uğurla təmsil edirlər. Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb, Təranə Kərimova YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri seçilib.

Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər