PDF Oxu

Siyasət

  • 4

Asim Mollazadə: "“Human Rights Watch” Azərbaycan-Qərb münasibətlərinə xələl gətirmək istəyir"

Asim Mollazadə: "“Human Rights Watch” Azərbaycan-Qərb münasibətlərinə xələl gətirmək istəyir"

"Biz burada erməni diasporunun fəallığını görürük"

"Azərbaycana təzyiq göstərmək istəyən bir sıra ölkələr insan haqları amilini qabardaraq, bunu ölkəmizə qarşı istifadə edirlər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə "Human Rights Watch" təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti qərəzli hesabatına münasibət bildirərkən deyib.Asim Mollazadənin sözlərinə görə, bu kimi təşkilatlar Azərbaycanla Qərb arasında olan münasibətlərə xələl gətirmək istəyirlər: "Biz burada erməni diasporunun fəallığını və digər qurumların ölkəmizə qarşı səylərini görürük. Azərbaycan bu kimi beynəlxalq təşkilatların hesabatlarını çox ciddi bir şəkildə araşdırmalıdır. Biz başlıca olaraq bilməliyik ki, bu hesabatlardan ən çox istifadə edən məhz erməni diasporu və işğalçı Ermənistan dövlətidir. Təbii ki, onların Azərbaycana qarşı digər vasitələrlə təzyiq göstərmək imkanları az olduğuna görə, bunlar çalışırlar ki, hər bir fürsətdən istifadə edərək ölkəmizlə Qərbin, Avropa Birliyi ilə ABŞ-ın münasibətlərinə xələl gətirsinlər".Qeyd edək ki, ötən gün "Human Rights Watch" təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunur.

sia.az

Digər xəbərlər