PDF Oxu

Siyasət

  • 12

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə baş vermiş qəzada həlak olanların xatirəsi anılmışdır

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə baş vermiş qəzada həlak olanların xatirəsi anılmışdır

Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatına səbəb olmuş qəza ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirmişdir ki, kömür mədənində baş vermiş partlayış ağır faciədir. Bu dəhşətli qəza nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət diləyirik. A.Şərifov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu, bundan sonra da olacağını qeyd etmişdir.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirmişdir ki, "bir millət, iki dövlət" olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır. Azərbaycan Prezidenti İlham Əliyevdən aldığımız başsağlığı mesajı, eyni zamanda, qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir.

Anma mərasimində Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Sonra qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış "Xatirə kitabı"na ürək sözlərini yazmışlar.

AzərTAc

Digər xəbərlər