PDF Oxu

Siyasət

  • 10

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq təlimlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq təlimlərdə iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mayın 18-dən 30-dək Turku şəhərində (Finlandiya) Hərbi Dəniz Qüvvələrinin baza mina-tral gəmisinin 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi, Azərbaycan-ABŞ iş planına əsasən mayın 19-dan 23-dək Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpozium, mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu, mayın 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) Kütləvi Qırğın Silahları barədə xəbərdarlıq, məlumatların ötürülməsi sistemi və prosedurları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

yap.org.az

Digər xəbərlər