PDF Oxu

Siyasət

  • 14

Araz Əlizadə: "Əli Kərimli ağlını yoxlatdırsın"

Araz Əlizadə: "Əli Kərimli ağlını yoxlatdırsın"

"Əli Kərimlinin belə sözlərini eşidəndən sonra, həmişə deyirsən ki, Allah Ağabəy Sultanova rəhmət eləsin". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin təmsil olunduğu Milli Şuraya beynəlxalq status verilməsi cəhdinin alınmamasına aydınlıq gətirərkən dedi.ASDP sədrinin fikrincə, beynəlxalq statusu əhatəsi geniş olan, fəaliyyət dairəsi daha böyük spektoru tərənnüm edən beynəlxalq təşkilatlara verirlər. Məhz bu baxımdan, belə bir cəhdin edilməsi həm də onun bilgisizliyinin məntiqi nəticəsidir: "Bu, həm də onun göstərir ki, Əli Kərimli yalnız siyasətçi kimi deyil, elə hüquqşünas kimi də savadsız bir fərddir. Beynəlxalq təşkilat statusunu almaq üçün gərək sənin geniş fəaliyyət dairən, beynəlxalq statusun olsun. Yəni bu status elə-belə şey deyil ki, onu götürüb hər hansı bir təşkilata verəsən. Axı bunlar demokrat deyillər ki, götürüb Milli Şuraya beynəlxalq status versinlər . Ona görə də yaxşı olardı ki, belə iddialar irəli sürməkdənsə, gedib ağıllarını yoxlatdırsınlar".

sia.az

Digər xəbərlər