PDF Oxu

Siyasət

  • 11

Baş nazirin müavini BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

Baş nazirin müavini BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun BMT-nin Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə həmçinin BMT-nin Məcburi köçkünlərin insan haqları üzrə xüsusi məruzəşisinin köməkçisi Mariya-Ev Fredrix, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Kamran Bağırov və media nümayəndələri iştirak edib.Qeyd edək ki Çaloka Beyaninin Baş nazirin müavini Əli Həsənovla görüşündən sonra digər müvafiq dövlət orqanlarının yüksək vəzifəli şəxsləri ilə həmçinin diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşləri, həmçinin Binəqədi, Abşeron və Ağdam rayonlarının ərazilərində yataqxanakarda, fin tipli qəsəbələrdə, yeni salınmış qəsəbə və yaşayış komplekslərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmaq üçün həmin rayonlara səfəri nəzərdə tutulub.Səfər 18-24 may tarixinədək davam edəcək.

sia.az

Digər xəbərlər