PDF Oxu

Siyasət

  • 10

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin şərh edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 13-nə təyin edilmiş iclasında baxılacaqdır.

AzərTAc

Digər xəbərlər