PDF Oxu

Siyasət

  • 11

Zahid Oruc: “Rəsmi reaksiyalar ABŞ səfirinin fikirlərində korrektə etməyə şərait yaradacaq”

Zahid Oruc: “Rəsmi reaksiyalar ABŞ səfirinin fikirlərində korrektə etməyə şərait yaradacaq”

"Mümkün ola bilər ki, Riçard Morningstar Səs İnformasiya agentliyinə və yaxud da Səs televizyasına açıqlama verərkən tam əks parametrli fikirlər söyləsin və bunu da əsaslandırmaq üçün özünün diplomatik bacarığından yararlansın". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri görünür "Azadlıq" radiosunun bu və ya digər formada ABŞ konqresindən maliyyələşdiyini və müəyyən mənada beynəlxalq auditoriyaya malik olduğunu nəzərə alaraq bu cür açıqlama verib: "Bu baxımdan o, çox prinsipsiz, bir-biri ilə uzlaşmayan mövqe sərgiləyib. Bir tərəfdən səfir qeyd edir ki, demokratiya məsələlərində biz hakimiyyət stili tapmırıq. Bu, başa düşüləndir. Çünki onların gördüyü demokratiya Xədicə İsmayılovaların üzərində qurulmalıdır. Təbii ki, Azərbaycan heç bir halda bu cür demokratiyanı qəbul etməyəcək. Himayə olunmuş şəxslər üzərində siyasi sistem, seçkilər, ölkənin həyatına qiymət məsələsi olacaqsa, bu da bizə bəllidir. Yəni, bizim adamlarla işləyin, əks halda Azərbaycan hökümətinin apardığı siyasəti dəstəkləməyəcəyik".Millət vəkili onu da qeyd edib ki, hakimiyyət komandası ilə səfirin münasibətlərindən söz açılanda isə çox yanlış fikirlər səslənib: "ABŞ hökumətinin strukturlarında belə bir-birini qəbul etməyən və açıq bəyanatlarla çıxış edən müxtəlif insanlar var. Ölkəmizin siyasi arenasında da hər hansı bir məsələyə görə bir-birləri ilə uzlaşmayan insanlar ola bilər, amma Cənab Prezidentin apardığı siyasətin vahidliyi və verilən sərəncamların vaxtında reallaşması üçün atılan addımlar birmənalıdır. Bu iradəyə qarşı çıxacaq qüvvə və ya şəxs yoxdur. Ona görə bəzən hansısa media fikrini mühüm bir tribunaya gətirmək, onu mühüm bir ölkənin az qala başçısı kimi göstərmək düzgün deyil. Hesab edirəm ki, rəsmi reaksiyalar ABŞ səfirinin fikirlərində müyyən mənada korrektə etməyə şərait yaradacaq".

sia.az

Digər xəbərlər