PDF Oxu

Siyasət

  • 9

Aydın Quliyev: “Hələ müzakirə olunan söhbətlərin tam məğzi açılmayıb”

Aydın Quliyev: “Hələ müzakirə olunan söhbətlərin tam məğzi açılmayıb”

"Hesab edirəm ki, hələ orada müzakirə olunan söhbətlərin tam məğzi açılmayıb". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev azərbaycanlı media rəhbərləri və jurnalistlərdən ibarət nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşünə münasibət bildirərkən deyib.

"Bir qəzet redaktoru kimi məsələnin məni narahat edən tərəfi odur ki, xaricdən gələn bu qonaqlar görüşmək üçün tərəf müqabillərini bir tərəfli qaydada seçiblər: "Bir sözlə, onlar öz tərəf müqabillərini ikilistandartlar çərçivəsində müəyyənləşdiriblər. Əgər burada söhbət Azərbaycan mediasının ümumu mənzərəsi ilə bağlı məlumat almaqdan gedirsə, burada yalnız bir neçə nəfərin görüşə dəvət edilməsi və onlarla söhbət əsasında ölkəmizdəki medianın vəziyyəti ilə bağlı fikir irəli sürmək köhnəlmiş və özünü doğrultmamış bir taktikadır. Bəzi beynəlxalq təşkilatlar illərdir ki, bu üsulla işləyirlər və ortada da heç bir nəticə yoxdur. Onlar sadəcə olaraq özlərini ifşa etməklə məşğuldurlar. Çünki onların Azərbaycana gəlməkdə əsas məqsədləri ancaq özlərinə lazım olan informasiyanı əldə etmək və bunun müqabilində hesabat hazırlamaqdır" – deyə, A. Quliyev fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər