PDF Oxu

Siyasət

  • 21

Misir mətbuatı Azərbaycan səfirliyinin Laçının işğalının 22-ci ildönümü ilə bağlı bəyanatını yaymışdır

Misir mətbuatı Azərbaycan səfirliyinin Laçının işğalının 22-ci ildönümü ilə bağlı bəyanatını yaymışdır

Azərbaycanın Misirdəki səfirliyinin Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə bağlı bəyanatı bu ölkənin populyar "Əl-Yaum Əs-Sabi" və "Alwaqe3news" internet qəzetlərinin saytlarında yerləşdirilmişdir.

Bəyanatda 1992-ci ilin mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd edilir, ermənilər tərəfindən yüzlərlə mədəni-məişət obyektinin, onlarla qəsəbə, kənd və tarixi abidənin dağıdılaraq talan edildiyi diqqətə çatdırılır. İşğal nəticəsində 64 minə yaxın Azərbaycan vətəndaşının öz doğma yurdundan didərgin düşdüyü bildirilir.

Qeyd edilir ki, Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüş, 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır.

Bəyanatda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yarandığı və Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu diqqətə çatdırılır.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun azad edilməsinə dair qəbul etdiyi dörd qətnamənin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi bəyanatda xüsusi vurğulanır.

Qeyd edək ki, həmin internet saytlarında Azərbaycanın işğal olunmuş torpaqlarının, o cümlədən Laçın rayonunun xəritəsi də yer almışdır.

AzərTAc

Digər xəbərlər