"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda olarkən işğalçı ölkə orada olan erməni qaçqınlarını həmsədrin üzərinə qaldıraraq bundan bir şou düzəldiblər". Bunu SİA-ya millət vəkili Aqil Abbas C.Uorlikin "Azərbaycanın əraziləri geri qaytarılmalıdır" fikrinə münasibət bildirərkən deyib.Millət vəkili hesab edir ki, C.Uorlikin "Azərbaycanın əraziləri qaytarılmalıdır" fikri boş və mənasız vədlərdən başqa bir şey deyil: "Əgər bu belədirsə, ATƏT-in Minsk qrupu və sən, Ceyms Uorlik 20 ildən artıqdır nə iş görmüsünüz? Onlar sadəcə olaraq regiona gəlib-getməklə və bizi aldatmaqla məşğuldurlar. Əgər Azərbaycan torpaqları qaytarılmalıdırsa, zəhmət çəkin bunu rəsmiləşdirin. Yox əgər bunu bacarmayacaqsınızsa, onda çəkilin kənara və biz Ermənistanla öz problemimizi özümüz həll edək. Biz müharibə olmadan da öz torpaqlarımızı geri qaytara bilərik. Mən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həlli yolları" mövzusunda məruzəsi zamanı sülh sazişinin əsasında altı elementə dair fikirlərinin nədən ibarət olduğu ilə də yaxından tanış olmuşam".Aqil Abbas ABŞ səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyətinə yönəlik fikirlərinə də münasibət bildirib: "ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəmizdə özlərini ağsaqqal və ağbirçək kimi aparırlar. Bununla da onlar bizə öyüd-nəsihət verməyə çalışırlar. Azərbaycan xalqının onların heç bir öyüd-nəsihətinə ehtiyacı yoxdur. Axı sizə kim ixtiyar verib ki, bizim ölkənin daxili işlərinə qarışırsınız?".
sia.az