"Bu gün Ermənistanın və dünya ermənilərinin başına gələn hər bir hadisə Azərbaycanın apardığı uğurlu siyasət nətcəsində mümkün olub". SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bugün keçirdiyi mətbuat konfransında deyib.Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu özlərinin 12 may bəyanatı ilə yol xəritəsi hazırlayıb, BMT TŞ-ya təqdim etməlidir: "Hesab edirəm ki, onların verdikləri bu bəyanat davam etdirilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni ordusu çıxarılmalıdır. 2-cisi Ermənilər həmin əraziləri Azərbaycan tərəfinə təhfil verməlidir. 3-cü Erməni ordusunun işğal olunmuş ərazilərində təlim keçirilməməlidir. Bu 3 prinsipə Ermənistan dövləti əməl etməlidir. Azərbaycanın hərbi aktivliyi artır. Son zamanlar Azərbaycan ordusunda xeyli dəyişikliklər baş verib. Bu gün Azərbaycan Aviasiyası aktiv rejimdədir. Azərbaycanın Dağlıq Qarabağın tənzimlənməsi ilə bağlı öz yolu var və bu yolla da gedir. Həmsədrlərin fəaliyyəti Azərbaycan rəhbərliyində xoş təəssürat yaratmır və bu, yetərli effekt vermir. Bu bəyanat təkcə siyasi sənət deyil, ümumi sənətdir. Orda göstərilb ki, Dağlıq Qarabağ ərazisi işğal olunmuş ərazilərdir. Bu, tam gücü ilə irəliləməlidir".
sia.az