PDF Oxu

Siyasət

  • 14

Elşən Musayev: “Güman ki, səfir "Azadlıq”ın studiyasına sualları belə özü ilə gətirmişdi”

Elşən Musayev: “Güman ki, səfir "Azadlıq”ın studiyasına sualları belə özü ilə gətirmişdi”

Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyəti ilə bağlı verdiyi dolaşıq açıqlamaları bu gün də siyasi ictimaiyyətdə müzakirə obyektinə çevrilib. SİA-nın məlumatına görə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib ki, Morninqstar Azərbaycana turist ya da siravi Amerika vətəndaşı olaraq deyil, diplomatik missiyanın nümayəndəsi, daşıyıcısı olaraq gəlib. Partiya sədrinin fikrincə, ABŞ səfiri hətta müsahibənin suallarını da özü ilə "Azadlıq Radiosu"na aparıb: "Çox böyük ehtimalla bu müsahibə öncədən razılaşdırılmışdı. Güman ki, səfir "Azadlıq"ın studiyasına sualları belə özü ilə gətirmişdi. Yəni bu müsahibədən çox monoloq xarakterli idi".

ADMP sədri səfirin Azərbaycan hakimiyyətinin monolot olmaması məsələsinə də toxunaraq bildirib ki, məhz güclü Azərbaycan iqtidarı onun bütün fikirlərini alt-üst edir: "Məncə səfirin bu fikrinə ən tutarlı cavab, eyni zamanda həmin ittihamın fonunda ən bariz görk 20 illik bir müddətdə öz monolitliyinə toz belə qondurmayan hazırki hakimiyyətin, mövcud iqtidarın varlığıdır".

sia.az

Digər xəbərlər