PDF Oxu

Siyasət

  • 31

Araz Əlizadə: “Mən bilirəm, müsavatçılar niyə bu qədər rahatdırlar”

Araz Əlizadə: “Mən bilirəm, müsavatçılar niyə bu qədər rahatdırlar”

"Onların Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş nizamnamələrinə görə, yanılmıramsa, 4, ya da 5 ildən bir qurultayları keçirməlidir. Ancaq bildiyimiz kimi, bunlar 2 ildən artıqdır ki, öz qurultaylarını keçirmirlər və ona görə də qanunamüvafiq qaydada onların qeydiyyatları ləğv edilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Partiyasının dövlət tərəfindən onlara qyryltay keçirmək üçün ayrılmış yerə rəğmən, partiya rəhbərliyinin narazılıq etmələrinə münasibətini bildirərkən deyib.

ASDP sədri bildirib ki, əgər bir partiya öz qurultayını vaxtı-vaxtında keçirə bilmirsə, həmin siyasi təşkilat buraxılmalı və yenidən təsis olunmalıdır: "Müsavat öz qurultayını keçirmirsə, onda özünün buraxıldığını elan etməldirir. Bundan sonra isə, təsis konfransı keçirərək, yenidən qeydiyyatdan keçməlidir".

Araz Əlizadə müsavatçı funksionerlərin niyə bu qədər rahat olmalarına da aydınlıq gətirərək deyib ki, onların arxasında xarici qüvvələr dayanıb: "Mən bilirəm bunlar niyə belə rahatdırlar və təşviş keçirmirlər. Müsavat rəhbərliyinin niyə bu qədər rahat olmalarına səbəb onların arxasında ABŞ siyasi dairələrinin dayanması amili durub. Ya da Olland kimi mavipərəst şəxs onları yetərincə himayə edir. Görünür bu səbəbdən də Azərbaycan qanunları ilə qoz-qoz oynayırlar. Nə qədər müsavatçıların nazı ilə oynanılacaqsa, onlar da bir o qədər naz edəcəklər".

sia.az

Digər xəbərlər