Serbiyanın "b92" xəbər portalında Azərbaycanın bu ölkədə baş vermiş təbii fəlakətlə bağlı yardım göndərməsi barədə növbəti yazı yerləşdirilib. SİA-nın azərtac-a istinadən verdiyi xəbərə görə, yazıda ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən Azərbaycan hökuməti və xalqı adından Serbiya Prezidenti Tomislav Nikoliçə göndərilən dəstək məktubunda vurğulanan sözlərə de yer verilib. Məktubda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Serbiyaya dərhal 400 min avro dəyərində humanitar yardım göndəriləcək. Serbiyanın bu çətin günlərində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, "AzVirt" MMC-nin, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Serbiyadakı Azərbaycan diasporunun təmsilçiləri seldən əziyyət çəkən bölgələrə maddi və digər zəruri avadanlıqlarla yardım göstərəcəkdir. Bir daha, sizə və Serbiya xalqına son günlərdə baş verən və insan tələfatı ilə nəticələnən bu dəhşətli təbii fəlakətlə bağlı başsağlığı veririk. Ölkəmiz tərəfindən göstərilən bu humanitar yardım bir daha sübut etdi ki, Azərbaycan dövləti, hökuməti, xalqı dost, qardaş Serbiya dövlətinin və xalqının yanındadır. Bu dəstək iki ölkə arasında mövcud strateji tərəfdaşlıq əlaqələrini bir daha nümayiş etdirmiş oldu".Məqalədə, həmçinin Serbiya hökumətinin mətbuatla əməkdaşlıq idarəsinə istinadla bu ölkənin Baş nazirinin birinci müavini İvitsa Daçiçin fikirləri də yer almışdır. O, Serbiyanın bu çətin günlərində Azərbaycanın böyük yardımına görə minnətdarlığını bəyan edib.Müəllif qeyd edir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, "AzVirt" MMC-nin, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Serbiyadakı Azərbaycan diasporunun təmsilçiləri artıq seldən əziyyət çəkən bölgələrə baş çəkiblər.Yazıda bildirilir ki, Azərbaycan daha əvvəllər də Serbiyada bir sıra humanitar layihələr həyata keçirib. Bu baxımdan, Azərbaycan tərəfindən Vojvodinadakı qaçqınlara, eyni zamanda Belqraddakı körpələrin, uşaqların və gənclərin müdafiəsi üzrə mərkəzə göstərilən yardımı xüsusi vurğulamaq lazımdır.Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar
sia.az