PDF Oxu

Siyasət

  • 29

Azərbaycan həqiqətləri Misirin “Nil Əl-Əxbar” televiziya kanalında

Azərbaycan həqiqətləri Misirin “Nil Əl-Əxbar” televiziya kanalında

Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə vermişdir.

Ölkəmizin qədim tarixə malik olduğunu bildirən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını bildirmişdir. Diplomat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatların Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyini vurğulamışdır.

Səfir Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirmiş, danışıqların nəticə verməyəcəyi halda alternativ yollardan istifadə edərək ərazilərini işğalçılardan təmizləyəcəyini diqqətə çatdırmışdır.

Son illərdə Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini bildirən səfir ölkəmizdə yay-qış turizmi obyektlərindən və müalicəvi Naftalan neftindən danışmışdır.

Ş.Abdullayev bu il iyunun 1-dən 6-dək Bakıda Misir Mədəniyyət Günlərinin keçiriləcəyini qeyd etmişdir.

Səfir Azərbaycan iqtisadiyyatının son on ildə dünyada ən dinamik inkişaf edən iqtisadiyyat olduğunu bildirmiş, yoxsulluğun 5 faizdən də aşağı düşdüyünü, ölkənin valyuta ehtiyatının 53 milyard ABŞ dollarından çox olduğunu, Azərbaycan neftinin və qazının boru xətləri vasitəsilə dünyanın müxtəlif yerlərinə ixrac edildiyini, həmçinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - turizm, rabitə və informasiya-kommunikasiya texnologiyaları, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırmışdır.

AzərTAc

Digər xəbərlər