PDF Oxu

Siyasət

  • 13

Kristofer A.Pissarides: “Avropa İttifaqında yeni üfiqlər yaranıb”

Kristofer A.Pissarides: “Avropa İttifaqında yeni üfiqlər yaranıb”

"Bu tədbir mənim üçün çox önəmli görünür". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında London İqtisadiyyat Məktəbinin iqtisadi elmlər və politologiya üzrə professoru, kral kafedrasının professoru, iqtisad elmlər üzrə Nobel mükafatı laureatı Kristofer A.Pissarides Bakıda Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin (İNCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransında iştirakı zamanı deyib.Nobel mükafatı laureatının sözlərinə görə, əgər biz gömrük məsələlərinin təkmilləşdirilməsindən, ticarətin asanlaşdırılmasından danışırıqsa, o zaman siyasətin nə dərəcədə düzgün qurulmasından və düzgün məlumatın toplanması və qərar verənlərə bu məlumatın ötürülməsindən də danışırıq: "Mən ilk dəfə Azərbaycanda üç il bundan öncə olmuşam. Amma Gömrük Komitəsi vasitəsilə bu ilk tədbirdir ki, iştirak edirəm. Özüm iqtisadçı olduğum üçün mən bu işin iqtisadi amillərinə və tərəflərinə daha böyük önəm verirəm. İqtisadçı olaraq, həm də ABŞ Krallığında fəaliyyət göstərirəm. Daha çox orada Avropa İttifaqının məsələləri ilə məşğul oluram. İqtisadçı olaraq bizi hər zaman yoxsulluğun azadılması məsələsi maraqlandırır. Hesab edirəm ki, bunun digər tərəfinə də fikir vermək lazımdır. Çünki Avropa İttifaqına gəldikdə müşahidə edə bilərik ki, orada yeni-yeni üfiqlər yaranıb".

sia.az

Digər xəbərlər