Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti An Brassör bu gün Azərbaycana səfərə gəlir. SİA-nın məlumatına görə, An Brassör AŞPA-nın Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq.Bu gün An Brassörun Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəyi də nəzərdə tutulur.Sabah isə AŞPA prezidentinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi bildirilir.Xanım Brassör səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.
sia.az