Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans ikinci günündə öz işini birinci panel üzrə "ÜTT Bali razılaşmaları və bunların gömrük və işgüzar fəaliyyətə təsiri" mövzusunda davam etdirib.Əvvəlcə "Gömrük siyasəti-müasir dünyada malların ticarət dövriyyəsinin asanlaşdırılması və sadələşdirilməsi" mövzusunda Polşanın İqtisadiyyat məktəbinin nümayəndəsi Vyeslav Kzizoviç çıxışı olub.Daha sonra "ÜTT Ticarətin Asanlaşdırılması Sazişi və özəl sektorun rolu" mövzularında Birləşmiş Krallığın Nottinqhəm Universiteti Biznes Məktəbinin nümayəndəsi Endryu Qreyngerin, "Gömrük prosedurlarının sadələşdirilməsi və həmahəngliyi üzrə yenidən baxılmış Kioto Konvensiyasından ("RKC") ÜTT Ticarətin Asanlaşdırılması Sazişinə ("TFA") aparan yol" üzrə Makedoniyanın Müqəddəs Kril və Mefodiy Universitetinin nümayəndəsi İrena Kikerkovanın, "Bali nazirlər konfransından irəli gələrək ümumdünya ticarət sisteminin gələcək görünüşü" üzrə Almaniyanın Harts Universitetinin nümayəndəsi Frank Altemöllerin və nəhayət "Ticarət asanlaşdırılması üzrə Bali sazişi: inkişaf edən ölkələrin nöqteyi-nəzərindən özəl sektor üçün yaranan imkanlar və təhdidlər" üzrə Zimbabvenin "Shalom Fiscal Consultants" şirkətində gömrük və ticarətin asanlaşdırılması bölməsinin rəhbəri Elişa Tşumanın məruzələri olub.Qeyd edək ki, 3 gün davam edəcək konfransda ümumilikdə 65 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
sia.az