PDF Oxu

Siyasət

  • 17

Elman Məmmədov: “Minsk Qrupunun həmsədrləri də Sarkisyan ağıldadırlar”

Elman Məmmədov: “Minsk Qrupunun həmsədrləri də Sarkisyan ağıldadırlar”

"Yeganə bir həqiqət var ki, ATƏT-in Minsk Qrupu yaradılan gündən bu vaxta qədər, yəqin gələcəkdə də həmişə olduğu kimi bu cinayətkarların, işğalçıların, təcavüzkarların tərəfini saxlayacaqlar. Bu, birinci səbəbdir". Sözügedən fikirləri SİA-ya açıalamasında Milli Məclisin Təhlükəsizilik və müdafiə komitəsinin üzvü Elman Məmmədov ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərində Laçın və Kəlbəcərdə qanunsuz məskunlaşmalara reaksiya verməmələrinə münasibətini bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, ermənilərin Azərbaycana köçürülməsi, məskunlaşması prosesində məhz ATƏT-in Minsk Qrupuna aid olan ölkələr tarixən iştirak ediblər: "İkinci səbəb isə elə o köçrmələrin, yəni ermənilərin Azərbaycan torpaqlarına köşürülmələrinin bünövrəsi vaxtilə, tarixən, 200-300 il bundan qabaq ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər qoyublar. Bu gün də göründüyü kimi, sözügedən proses davam edir. Yəni burada yalnız Azərbaycanın yox, müvafiq beynəlxalq təşkilatların da məlumatları var ki, işğal altındakı olan ərazilərimizə - xüsusən, Laçına, Zəngilana, Kəlbəcərə, Qubadlıya, Şuşaya, Xankəndinə, eləcə də Dağlıq Qarabağda olan başqa rayonlara ermənilər köçürülür".Elman Məmmədov ermənilərin işğal altındakı torpaqlarımıza köçürülməsində statistik rəqəmə də toxunub: "Bir fakta diqqət yetirək. Təkcə Kəlbəcər ərazisinə 30 mindən artıq erməni köçürülüb. Dünyanın müxtəlif yerlərindən buralara ermənilər köçürülür. Əsasən də onlar Suriya və Livan erməniləridirlər. Çünki bunlar maddi tərəfdən maraqlandırılır, onlara ev verilir, köçürülən ermənilər humanitar adı altında fəaliyyət göstərən cinayətkar təşkilatlar tərəfindən qidalandırılır, təmin olunur və s. Bu məskunlaşma faktı danılmazdır və bu dəfə də həmin fakt sübut olundu".Deputat ATƏT-in Minsk Qrupu təmsilçilərinin Ermənistanın təcavüzkar rəhbərliyindən fərqlənmədiklərini də bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri də göründüyü kimi, Sarkisyan ağılda, Sarkisyan düşüncəsindədirlər. Bunlar da Xocalı soyqırımını törədən ermənilər "əqidəsindədirlər". Ona görə də hər dəfə regiona səfər edərkən, dediyimiz reallıqları etiraf etmirlər, ermənilərin xeyrinə. Ancaq fakt ortadadır".

sia.az

Digər xəbərlər