ABŞ səfirliyi səfir Riçard Morninqstarın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlərə münasibət bildirib. SİA-nın səfirliyin saytına istinadən verdiyi xəbərə görə, ABŞ səfirliyi məsələ ilə bağlı bəyanat yayıb.Bəyanatda bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmayıb.Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri R.Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəsində Azərbaycana qarşı bəzi neqativ fikirlər səsləndirdiyi üçün Xarici İşlər Nazirliyinə çağırılması barədə xəbərlər yaymışdı.
sia.az