PDF Oxu

Siyasət

  • 41

Özbəkistanın “Sharh.uz” xəbər agentliyi ümummilli lider Heydər Əliyev haqqında məqalə yerləşdirilmişdir

Özbəkistanın “Sharh.uz” xəbər agentliyi ümummilli lider Heydər Əliyev haqqında məqalə yerləşdirilmişdir

Özbəkistanın "Sharh.uz" xəbər agentliyinin saytında jurnalist Şöhrət Səttarovun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında "Xalqın etimadını qazanan öndər" sərlövhəli məqaləsi yerləşdirilmişdir.

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayılan məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində xidmətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, ərazisinin 20 faizinin işğala məruz qalmasına baxmayaraq, Azərbaycan xalqının sülhsevərliyi və s. məsələlərdən bəhs olunur.

Yazıda, həmçinin Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi gördüyü böyük işlər, türkdilli dövlətlərə diqqət və qayğısı haqqında söhbət açılır.

Müəllif müstəqillik illərində Azərbaycan-Özbəkistan əlaqələrinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, bunun nəticəsi kimi indi ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini diqqətə çatdırır.

AzərTAc

Digər xəbərlər