PDF Oxu

Siyasət

  • 17

Mübariz Qurbanlı: “Riçard Morninqstar balans gözləmədən qeyri-dəqiq məlumatlar yayıb”

Mübariz Qurbanlı: “Riçard Morninqstar balans gözləmədən qeyri-dəqiq məlumatlar yayıb”

"Riçard Morninqstar müsahibəsində Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, qeyri-obyektiv fikirlər səsləndirmişdi ki, buna da adekvat cavab verildi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq Radiosu"na müsahibəsindən sonra yenidən Azərbaycanın daxili işlərinə qarışmaması və balanslı mövqe sərgiləməsi iddiasına münasibət bildirərkən deyib.YAP rəsmisi qeyd edib ki, səfirin sözügedən müsahibəsindən sonra təkrar olaraq balanslı mövqe nümayiş etdirdiyini söyləməsini doğru hesab etmir: "Əslində, Morninqstar heç bir balans gözləmədən, birtərəfli və qeyri-dəqiq məlumatlar yayıb. Bu isə səfirin diplomatik əlaqələri pozduğundan xəbər verir".

sia.az

Digər xəbərlər