PDF Oxu

Siyasət

  • 18

Aydın Hüseynov: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir"

Aydın Hüseynov: "Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi davamlı və yüksək templidir"

"Şanxay Sammitdə Azərbaycan dövlət başçısının iştirakı və çıxış etməsi ölkəmizin o regionla əlaqəsinin bundan sonra daha da sıx olacağının, əlaqələrin müxtəlif sahələr üzrə inkişaf edəcəyinin göstəricisidir. Əgər belə olmasaydı, müxtəlif sənədlər nəinki imzalanmazdı, hətta deklarasiya qəbul olunub". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri, iqtisadçı ekspert Aydın Hüseynov Şanxay Zirvə Toplantısında Azərbaycanın uğurlu mövqe nümayiş etdirməsinə münasibətini açıqlayarkən deyib.

YAP rəsmisi Şanxay Zirvə Toplantısının dünya miqyasında güc mərkəzlərinin formalaşması, yerdəyişməsi ilə bağlı olan proseslər olduğunu, Asiyanın böyük dövlətləri üçün siyasi maraqlarla yanaşı iqtisadi maraqların da çox önəmli olduğunu bildirib: "Orada regional təhlükəsizlik və stabillik məsələləri müzakirə olunub, bu mövzu ətrafında müxtəlif bəyanatlar səslənib. Belə məqamlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bütün dünya bilir ki, ölkəmiz işğala məruz qalıb və hələ də bunun əziyyətini çəkir. Ona görə də orada separatçılığa, terrorçuluğa, ekstremizmə qarşı olan çıxışları yüksək qiymətləndirirəm və səsləndirilən bəyanatların ölkəmizin xeyrinə olduğunu düşünürəm. Eyni zamanda, onu da vurğulamaq istərdim ki, 4-cü Zirvə Toplantısı böyük bir qaz sazişi ilə müşayiət olundu. Bu baxımdan, Azərbaycan Avropaya inteqrasiya xəttini götürsə də eyni zamanda Asiyaya inteqrasiyadan imtina etmir və Asiya Azərbaycan üçün böyük bir bazarlardan sayılır. Bu bölgədə baş verən proseslər baxımından Azərbaycan iqtisadi maraqlara görə çox önəmli rol oynayır".

Azərbaycanın tranzit ölkə baxımından çox əlverişli bir yerdə yerləşdiyini xatırladan Aydın Hüseynov eyni zamanda bildirib ki, bu amil özünə bir çox əhəmiyyətli faktorları birləşdirir: "Azərbaycan tranzit baxımından çox əlverişli bir yerdə yerləşir. Beynəlxalq iqtisadi münasibətlərin qurulmasında logistika, tranzit xətləri çox önəmli rol oynayır. Çünki bütün ticarət əlaqələri müqavilələr formasında rəsmiləşsə də son nəticə daşınmaqdan keçir. Azərbaycanın bu baxımdan enerji sektorunda, neft-qaz layihələrində önəmli bir coğrafi mövqeyə malik olması bu istiqamətdə Asiyada formalaşmaqda olan mühüm bir güc mərkəzində önəmli rola malik ola bilər. Və Azərbaycan həm öz məhsulunun bazarda satışı baxımından, həm də tranzit olaraq yük daşınması baxımından böyük gəlirlər əldə etmək imkanına malik ola bilər".

Aydın Hüseynov əldə edilən davamlı uğurların asan başa gəlmədiyini və burada dövlət başçıxı İlham Əliyev cənablarının qətiyyətli siyasətinin xüsusi rol oynadığını vurğulayıb: "Bunlar ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün xarici və daxili siyasətinin, qətiyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir".

sia.az

Digər xəbərlər