PDF Oxu

Siyasət

  • 30

Moskvada təhlükəsizlik üzrə III Beynəlxalq konfrans işə başlamışdır

Moskvada təhlükəsizlik üzrə III Beynəlxalq konfrans işə başlamışdır

Mayın 23-də Moskvada Rusiya Müdafiə Nazirliyinin himayəsi altında təhlükəsizlik üzrə III Beynəlxalq konfrans işə başlamışdır. Konfransda Azərbaycan nümayəndə heyətinə müdafiə naziri Zakir Həsənov başçılıq edir. Konfrans çərçivəsində Z.Həsənovun İranın və Rusiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşləri gözlənilir.

Plenar iclaslarda 40-dan yuxarı ölkənin hərbi idarələrinin, beynəlxalq təşkilatların 300-dən çox rəsmi nümayəndəsi və eksperti iştirak edir.

Dünyanın bir çox ölkələrində vəziyyəti pozan "rəngli inqilabların" yayılması, Yaxın Şərq və Şimali Afrika ölkələrində "ərəb baharı"nın nəticələri, habelə beynəlxalq təhlükəsizlik qüvvələri çıxarılandan sonra Əfqanıstanda sabitliyin qorunub saxlanılması perspektivləri konfransın əsas müzakirə mövzuları olacaqdır.

AzərTAc

Digər xəbərlər