PDF Oxu

Siyasət

  • 209

Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar XI sinif şagirdlərinə tədris olunacaq dərslər yekunlaşdırıldı

Qobustan rayonunda Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar XI sinif şagirdlərinə tədris olunacaq dərslər yekunlaşdırıldı

Qobustan rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun Poladlı, Yekəxana, Bədəlli və Ərəbqədim kənd tam orta məktəblərinin XI sinif şagirdlərinə açıq dərs tədris olunub. Dərsdə 29 nəfər şagird iştirak etdi. Dərəkənd kənd tam orta məktəbinin tarix müəllimi Elzamin Həsənov "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzusunda şagirdlərə geniş məlumat verib.

Dərsdə Qobustan rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva iştirak edib. YAP Qobustan rayon təşkilatının sədri, rayon təhsil şöbəsinin müdiri Füzuli Güləliyev siyasi dərsdə çıxış edərək vurğulayıb ki, rayon təhsil şöbəsinin təsdiq etdiyi tədris olunacaq dərslərin keçirilmə qrafikinə uygun olaraq, rayonun 18 tam orta məktəbində təhsil alan 292 nəfər XI sinif şagirdlərinin hər bir dərsdə 35 nəfər iştirak etməklə keçirilməsi planlaşdırılıb: "Dərslər rayonun qabaqcıl 9 nəfər tarix müəllimləri tərəfindən tədris olunmaqla, fevral ayının 5-də başlamış və may ayının 16-na qədər davam etmişdir. İlk dərs vaxtı bu dərsi tədris edəcək bütün müəllimlərin dərsdə iştirakı təmin edilmiş, bu işə təhkim edilmiş RTŞ-nin məsul işçilərinə, eləcə də dərsləri aparan müəllimlərə tövsiyyə və məsləhətlər vermişdir. Artıq 292 nəfər XI sinif şagirdindən 292 nəfəri dərslərin I mərhələsində "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", II mərhələdə " Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzusunda keçirilən dərslərdə iştirak etmişdir. Bundan əlavə şəhər 1 saylı tam orta məktəbin 8 nəfərdən ibarət rus bölməsinin şagirdinə də həmin bölmənin tarix müəlliməsi tərəfindən dərsin tədris edilməsi təmin edilmişdir".

F.Gülələiyev onu da vurğulayıb ki, Ulu Öndərin anadan olmasının 91 illiyi ilə bağlı XI sinif şagirdləri üçün tədris edilən siyisi dərslərin yekunu olaraq Heydər Əliyev Mərkəzində "dəyirmi masa" təşkil edildi və fikir mübadiləsi aparıldı.

ÜLVİ

Digər xəbərlər