İran İslam Respublikasının "SAHANDAB Azərbaycan Şirkəti" (SAACO) ölkəmizin şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya verilən xəbərə görə, şirkət nəqliyyat, su və kanalizasiya, metro, energetika, neft, idman infrastrukturu və digər sahələrdə tikinti işlərinin aparılması üzrə əməkdaşlıq etmək niyyətindədir.Maraqlı iş adamları ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.
sia.az