PDF Oxu

Siyasət

  • 23

Üç ölkənin XİN rəhbərləri Bakıda bir araya gəlib

Üç ölkənin XİN rəhbərləri Bakıda bir araya gəlib

Bu gün Bakıda ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçirilir. SİA-nın məlumatına görə, əvvəlcə Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun təkbətək və geniştərkibli görüşü olacaq. Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlər müzakirə ediləcək. Daha sonra jurnalistlərin də iştirakı ilə üçlük formatında nazirlərin mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.

sia.az

Digər xəbərlər