Bu gün Bakıda ilk dəfə olaraq Azərbaycan-Türkiyə-Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun təkbətək və geniştərkibli görüşü olub. Görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, Xəzərin statusu kimi məsələlər müzakirə edilib.Daha sonra jurnalistlərin də iştirakı ilə üçlük formatında nazirlərin mətbuat konfransı keçirilib.Nazir Elmar Məmmədyarov hər iki həmkarını salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu dilə gətirib. Bildirib ki, görüşdə "Bakı Bəyannaməsi" qəbul edilib. Bəyannamədə də qeyd olunur ki, belə görüşlər davamlı olsun. Bu kimi görüşləri qərara gəldik ki, Aşqabadda və Türkiyədə də keçirək. İstiqamət artıq bəllidir. Biz yekdil fikrə gəldik ki, layihələr üzərində öz işimizi quraq".Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mayın 28-də qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bununla belə nazir Türkiyənin Soma faciəsindəki yardımlara görə, Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib: "Biz bu gün bu görüşlərdə bir-birimizi anlamaqda heç bir çətinlik çəkmədik. Biz qərara gəldik ki, hər il iki dəfə görüşək və bir sıra məsələləri müzakirə edək. Bu görüşdə regiondakı vəziyyət, üç ölkə arasında əməkdaşlığın inkişafı, iqtisadi vəziyyət müzakirə olundu. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov görüşün mühüm əhəmiyyətindən danışıb.Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran formatı mövcuddur və bu ölkələrin xarici işlər nazirləri, prezidentlərinin sammitləri keçirilib.Xatırladaq ki, Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirmişdi.
sia.az