PDF Oxu

Siyasət

  • 17

Stokholmda İsveç Azərbaycanlıları Konqresinin qurultayı keçirilmişdir

Stokholmda İsveç Azərbaycanlıları Konqresinin qurultayı keçirilmişdir

Stokholmda İsveç Azərbaycanlıları Konqresinin 13-cü qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, forumun əvvəlində İsveç Azərbaycanlıları Konqresinin sədri Səttar Sevgin çıxış edərək tədbir iştirakçılarına konqresin və onun tərkibinə daxil olan təşkilatların hesabat dövründə apardığı iş barədə məlumat vermişdir. O, həmin tədbirlərin Azərbaycan-İsveç əlaqələrinin inkişafı üçün vacibliyini qeyd etmişdir.

Qurultayda İsveçin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Qurultayın gedişində Konqresin fəaliyyəti haqda film nümayiş etdirilmiş, mandat komissiyasının məruzəsi dinlənilmiş, maliyyə hesabatı təqdim edilmiş, seçkilər keçirilmişdir.

Qurultay iştirakçıları təşkilatın inkişaf perspektivləri və onun iş sahələrinin genişlənməsi haqda ətraflı fikir mübadiləsi aparmışlar.

AzərTAc

Digər xəbərlər