PDF Oxu

Siyasət

  • 19

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

AzərTAc xəbər verir ki, iclasda Şəki Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci, 87.2-ci və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinin "cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxs" və 87.1-ci maddəsinin" cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır" müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını və müvafiq qaydada şəxsin zərər çəkmiş şəxs qismində tanınmasını və yatanına bilməsini ehtiva edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.2-ci maddəsinin "törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər" və 106.1-ci maddəsinin "hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hüquqi varis hesab olunur" müddəaları cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya bundan sonra hər hansı başqa bir səbəbdən ölmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş zərər çəkmiş şəxsin əvəzinə cinayət təqibi üzrə icraatda iştirak edən və həmin Məcəllənin 106.6-cı maddəsində nəzərdə tutulan hallar (hüquqlar) istisna olmaqla, hüquq və vəzifələri həyata keçirən hüquqi varisi nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə yaxud rəsmi təfsir oluna bilməz.

AzərTAc

Digər xəbərlər